Təsadüfənmi, ya zərurətdənmi çıxdın önümə?
Səndən sonra lənət oxutdum, keçən hər günümə.
İlim-ilim itir gözlərimdən, buna dözmür ürək.
Görmürsənmi nə haldayam, Allah! Ya Rəbbim, eylə kömək!
İndi cəsarətin, ya da qürurun səni edərmi xilas?
Aldın üzümdəki gülüşü, zalım, qalan qəmdir miras.
Üstüm-başım sən qoxurdu, insan,
İndi sitəmdir libas.
Mənə yaşatdığın yanına qalmayacaq, səndən alacam qisas ...