Dedin ölüm ayırar təkcə bizi
Yaşayırıq amma biz ölməmişik
Nə yaşamaq ? Bu ölümdəndə betər
Sevərək ayrılarıq bilməmişik
Ürəyində bu eşqi saxlayan adam,
Dizini qucaqlayan adam,
Tək oturub ağlayan adam,
Mənəm ya sən?
Qapı-qapı eşqini axtaran adam
Gecələrə yalvaran adam
Ürəyini dərd saran adam
Mənəm ya sən.
Öz sözü üstə dayanmayan,
Bu təmiz eşqə inanmayan,
Kim idi mən idim ya sən?
Unudan əhdini zaman-zaman,
Gözü özündən yalan dolan,
Kim idi ?
Mən idim ya sən?
Ürəyində bu eşqi saxlayan adam,
Dizini qucaqlayan adam,
Tək oturub ağlayan adam,
Mənəm ya sən?
Qapı-qapı eşqini axtaran adam,
Gecələrə yalvaran adam,
Ürəyini dərd saran adam,
Mənəm ya sən?