Mənə səndən elə bir xatirələr qaldı,
Çəkir onsuz ürəyim, zülmətin cəfasın.
O xatirlər məni yaman dərdə saldı,
Elə dərddi təbibdə tapanmır dəvasın.
Mənə səndən elə bir xatirələr qaldı,
Çəkir onsuz ürəyim, zülmətin cəfasın.
O xatirlər məni yaman dərdə saldı,
Elə dərddi təbibdə tapanmır dəvasın.
Gəl ömrü bir söz olur,
Dodağın altında ölüm.
Gözündən axan yaş olum,
Yanağının altında ölüm.
Darıxmışam canım gözüm,
Darıxmışam ay əzizim.
De hardasan özüm gəlim,
Ayağının altında ölüm.
Nə qədər zaman keçib, yağış yuyub izlərini,
Elə qorxuram ki, artıq unudam gözlərini.
Üzünü, əllərini, adını belə unutsamda,
Unutmaram ki, mənə dediyin son sözlərini.
Nə qədər zaman keçib, yağış yuyub izlərini,
Elə qorxuram ki, artıq unudam gözlərini.
Üzünü, əllərini, adını belə unutsamda,
Unutmaram ki, mənə dediyin son sözlərini.
Gəl ömrü bir söz olur,
Dodağın altında ölüm.
Gözündən axan yaş olum,
Yanağının altında ölüm.
Darıxmışam canım gözüm,
Darıxmışam ay əzizim.
De hardasan özüm gəlim,
Ayağının altında ölüm.